İngiltərənin "çelsi" klubu daha iki fubolçusunu icarəyə göndərib. Matc.az xəbər verir ki, London klubu Denni Drinkuoteri "Bernli"yə icarəyə verib.
 
29 yaşlı yarımmüdafiəçi bu komandada yanvar ayına qədər forma geyinəcək. "çelsi" Drinkuoteri 2017-ci ildə "Lester"dən 40 milyon avroya transfer etmişdi.
 
"Zadəganlar" müdafiəçi Trevo çalobanı da çempionşip təmsilçisi "Haddersfild"ə icarəyə verib. Bu barədə çempionşip klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu öncə "çelsi" ilə 3 illik yeni müqavilə bağlayıb, daha sonra 1 illik icarəyə göndərilib. İngiltərəli müdafiəçi yeni komandasında 8 nömrəli formanı geyinəcək. İngiltərənin U-20 yığmasının üzvü olan çaloba daha öncə "İpsviç"də də icarədə oynayıb.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest