Rusiyanın "Dinamo" klubu heyətini iki yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Moskva təmsilçisi rusiyalı müdafiəçi Roman Noyştadteri və hücumçu Maksimilian Filippi transfer edib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Noyştadterlə 1, Filipplə isə 4 illik müqavilə imzalanıb.
 
Son üç mövsümdə Türkiyənin "Fənərbaxça" klubunun şərəfini qoruyan, bu yay sözügedən komandadan ayrılan Noyştadter "Dinamo"ya azad agent kimi keçib. 31 yaşlı futbolçu geridə qalan mövsümdə Türkiyə klubu ilə 31 oyuna çıxıb, 2 qol vurub.
 
Moskva təmsilçisi Filipp üçün isə klubu "Borussiya"ya (Dortmund) 20 milyon avro ödəyib.
 
"Dinamo"da Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev də forma geyinir. Moskva təmsilçisi bir müddət əvvəl Marsel "Olimpik"indən Klinton Njini də transfer etmişdi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest