İtaliyanın "Cenoa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Hollandiyanın "Ayaks" klubundan Lasse Şöneni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı danimarkalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Bu yay Matteys de Liqt, Frenki de Yonq kimi futbolçularını Avropa nəhənglərinə satan "Ayaks", Şönenin satışından da 1.5 milyon avro gəlir götürüb. 
 
Danimarka millisində 40-dan çox oyun keçirmiş Şöne, Hollandiyanın "De Qraafşap" klubunun yetirməsidi. O, 2008-2012-ci illər aralığında "NEK Neymegen" klubunda oynadıqdan sonra "Ayaks"a transfer olunub. 2012-ci ildən etibarən "Ayaks"da 286 oyuna çıxan yarımmüdafiəçi 64 qol, 52 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu "Ayaks"la 3 dəfə Hollandiya çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb, 2 dəfə də superkubok sevinci yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest