Son olaraq Türkiyənin "Beşiktaş" klubunun uğurları üçün çalışan Yaponiya yığmasının yarımmüdafiəçisi Sindzi Kaqavanın yeni iş yeri müəyyənləşib. Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu İspaniyanın "Saraqosa" klubuna transfer olunub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kaqava İspaniyanın Sequnda Liqasında mübarizə aparan yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
 
Peşəkar karyerasına Yaponiyanın "çerezo Osaka" klubunda başlayan Kaqava 2010-cu ildə Almaniya təmsilçisi "Borussiya"ya (Dortmund) transfer olunub. Dortmundlular 2012-ci ildə onu "Mançester Yunayted"ə satsalar da, cəmi 2 il sonra yenidən geri qaytarıblar. "Borussiya" ötən mövsümün qış fasiləsində Kaqavanı "Beşiktaş"a icarəyə vermişdi. 30 yaşlı futbolçu Türkiyə klubunda 14 Super Liqa matçına çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest