"Monako"nun hücumçusu Radamel Falkao "Qalatasaray"a keçməyə çox yaxındı. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, futbolçu ilə hərtərəfli anlaşan İstanbul nəhəngi knyazlıq klubu ilə də ilkin razılığa gəlib.

Kolumbiyalı futbolçu özü də Türkiyəyə köçmək niyyətindədi. Ulduz futbolçu açıqlamasında "Qalatasaray"da oynamaq arzusunu dilə gətirib: "Qalatasaray"da oynamaq karyeramın hazırkı dönəmində həyəcanlı olar. ümid edirəm ki, transfer tezliklə həll edilər. Müqavilə imzalanmadığı müddətdə konkret bir söz demək olmaz. Hazırda hadisələrin gedişini kənardan izləyirəm və "Monako" ilə məşqlərimi davam etdirirəm. Avropada döyüşməyə davam etmək və yüksək səviyyədə qalmaq istəyirəm".

Qeyd edək ki, Radamel Falkaonun "Monako" ilə müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest