Növbəti mövsümə Bakıda hazırlaşan "Keşlə"nin əvəzedici komandası bu gün növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, baş məşqçi Rüstəm Əliyev yetirmələrini "Qarabağ-2" ilə oyunda sınaqdan keçirib.
 
Dörd qolun qeydə alındığı qarşılaşma "Keşlə-2"-nin qələbəsiylə yekunlaşıb – 3:1. Bakılıların heyətində Elmir Rəhimzadə dubla imza atıbsa, digər qolu Xəzər Mahmudov vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest