Futbol üzrə Almaniya Kubokunda 2019/20 mövsümünə start verilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" də bu turnirdə ilk matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Nordhauzen"lə qarşılaşıb. Beş qolun qeydə alındığı futbolçumuzun komandasının qələbəsiylə başa çatıb – 4:1. 
 
Nazarov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Bu qələbə sayəsində Aue təmsilçisi Almaniya Kubokunda ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest