Sözügedən kollektiv doğma meydanda "Zenit"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Ramil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı sonadək oynayıb.

Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Zenit"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
Ramil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı sonadək oynayıb.
 
"Dinamo" 5 turdan sonra 5 xalla 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest