ötən mövsüm "Zirə"nin U-16 komandasında çıxış edən Cəlal Hüseynov və Vüsal Əliyev əsas komandaya cəlb olunub. Matc.az xəbər verir ki, 16 yaşlı futbolçularla 3 illik yeni müqavilə bağlanılıb. 
 
Bu futbolçulardan Cəlal Hüseynov əsas komandanın Türkiyədəki təlim-məşq toplanışında da iştirak etmişdi. Vüsal Əliyev isə komanda Bakıya döndükdən sonra məşqlərə cəlb olunub. 
 
Qeyd edək ki, Cəlal Hüseynov və Vüsal Əliyev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvüdü. Həmçinin Hüseynov sözügedən yaş qrupu üzrə millinin kapitanıdı. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest