"Neftçi"nin əvəzedici komandası yeni mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, "ağ-qaralar" klubun öz bazasında Küveyt təmsilçisi "Əl Salmiya" ilə qarşılaşıb və 1:4 hesabı ilə məğlub olub. "Neftçi"nin əvəzedicilərinin heyətində ülvi İbrahimov fərqlənib.
 
Qeyd edək ki, "Neftçi-2" bundan əvvəlki sınaq matçlarında "Zirə-2" (8:2), "Sumqayıt-2" (3:2) və "Keşlə-2"yə (5:3) qalib gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest