Peru millisinin sabiq müdafiəçisi Alvaro Ampuero karyerasını Azərbaycanda davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə məlumatı Peru mətbuatı yayıb.

Bildirilir ki, ölkəsində "Munisipial" klubunun formasını geyinən Alvaro Ampuero "Zirə" ilə anlaşıb. Detallar açıqlanmasa da, tərəflər arasında artıq müqavilə imzalandığı vurğulanıb.

27 yaşlı Ampuero ölkəsi ilə yanaşı, İtaliyada da çıxış edib. Belə ki, sol cinah müdafiəçisi "Parma", "Padova" və "Salernitana"nın formasını geyinib. 2012-2013-cü illərdə Peru millisinin heyətində 9 oyunda meydana çıxmış Alvaro Ampuero ötən ilin yanvarından "Munisipial"ın uğurları üçün çalışır.

Qeyd edək ki, "Zirə" buna qədər Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, Nicat Süleymanov, Boyan Zaqoviç, Miloş Bakraç, Soni Norde və Anastasios Papazoğlunu heyətinə qatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest