Tərlan Əhmədovun baş məşqçi postuna gəlişinin, hər şeyin təsiri var. Motivasiya və əzmkarlıqla hər şey yoluna düşər.

"Gərgin oyun alındı. Hər iki komandanın qarşılıqlı qolları ilə yekunlaşdı. Bizim də çox şanslarımız oldu".

Matç.az saytı xəbər verir ki, bunu "Keşlə"nin futbolçusu Sertan Taşkın Azərbaycan Premyer Liqasının VII turundan təxirə salınmış oyunda "Qarabağ"la 1:1 hesablı heç-heçədən sonra deyib.

Matçın 79-cu dəqiqəsində komandasının bərabərlik qoluna imza atan 21 yaşlı müdafiəçi bildirib ki, ardıcıl xal itkilərindən sonra əldə olunan bu nəticəni "Keşlə" üçün uğurlu saymaq olar: "Qarabağ" ölkənin bir nömrəli komandasıdı. Yaxşı nəticə idi. Qalib də gələ bilərdik. Müdafiəçi olaraq qol vurmaq qürurvericidir. Neçə oyundu vurmağa çalışırdım. Axır ki, edə bildim. Yavaş-yavaş ayağa qalxırıq. çox ağır günlər keçirdik. ümid edirəm ki, yaxşı olar. Tərlan Əhmədovun baş məşqçi postuna gəlişinin, hər şeyin təsiri var. Motivasiya və əzmkarlıqla hər şey yoluna düşər".

Qeyd edək ki, bu, "Keşlə"nin yeni baş məşqçisi Tərlan Əhmədovun debüt oyunu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest