"Qarabağ" klubunun prezidenti Tahir Gözəl çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL-lə cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Matc.az saytının xəbərinə görə, Gözəl rəhbərlik etdiyi komandanın layiqli oyun nümayiş etdirdiyini bildirib.

- Bilirsiniz, tariximizdə nəticəyə bu qədər yaxınlaşmamışdıq. Əslində, pis taleyimizin başlanğıcı Kiprdəki ilk matçda son saniyədə buraxdığımız qol oldu. Bu, futboldu. Həmişə yaxşı oynayan sevinmir. "Qarabağ" layiqli oyun göstərdi. Bizim çox şansımız oldu. Rəqibin iki epizodu oldu və qola çevirdi. Bu duruma çox üzülürəm.

- İlk oyunda "Qarabağ" 90+5-də qol buraxmasaydı, bu gün fərqli olacaqdı?
- Əlbəttə, olmasaydı, bu gün bəlkə də, fərqli olacaqdır. Dediyim kimi, futbolda belə hallar olur. Qarşıda oyunlarımız var. "Qarabağ" Avropada yoluna davam etməlidi. Paltardəyişmə otağında hamıya ürək-dirək verdim. Təbii ki, hamı üzülür. çox istəyirdik ki, burdan sevinclə ayrılaq. Azarkeşlər "Qarabağ"a son saniyəyə kimi dəstək oldular. Xalqımıza təşəkkür edirəm. Macəramız bitməyib, davam etməliyik.

- Futbolçularda arxayınlıq var idi, yoxsa APOEL yeni baş məşqçisi ilə fərqli oynadı?
- Təzə baş məşqçiləri onlara yeni ruh gətirdi. Bu, faktdı. Arxayınlıq demək düz deyil. Mən rahatlıq görmədim. APOEL böyük klubdu. Rəqibin 11 nömrəli futbolçusu 6 milyon avroluq futbolçudu. Onlara qiymət verməliyik. Avropa klubuna aşağı baxmaq olmaz. Bizdə alınmadı.

- Baş məşqçilərin duelində Tomas Dollun qalib gəldiyini söyləmək olar?
- Bunu deməzdim. "Qarabağ" çox gözəl oynadı. İlk oyunda APOEL uduzmuşdu. Burda itirəcəkləri heç nə yox idi. Futbol və həyatda belədir.

- Yunanların sevdiyi komandaya uduzmaq sizə necə hisslər yaşadır?
- Mən qarşı tərəfə heç vaxt fikir vermirəm. Mənim bir istəyim var: "Qarabağ"ın adını dünyaya tanıtdırmaq! Biz APOEL rəsmilərini qəbul etdik, onlara çətin vəziyyətimizi dedik. Tariximizdən bəhs etdik, nələr yaşadığımızı söylədik.

- Avropa Liqasının qrup mərhələsinə düşmək hədəf olacaq?
- Əlbəttə, Monteneqro və İrlandiya çempionları duelində mərhələ keçən komandaya rəqib olacağıq. Bizə növbəti oyun çox vacibdi. İnanıram ki, yaxşı olacaq.

- "Qarabağ"a yeni transfer lazım deyil?
- Xeyr, bunun üçün infrastruktur, gəlir olmalıdı. "Qarabağ"ın sponsordan başqa gəlir yeri yoxdu. Avropa klubları kimi futbolçu alıb, sata bilmirik. Futbolçulara bu tərəfə gəlmək istəmir. Kiprə baxmayın, APOEL ötən mövsüm futbolçu satışından 9 milyon avro gəlir əldə edib. Kipr Avropa Birliyinin parçasıdı. "Qarabağ"ı "Azersun" şirkəti himayə edir. İmkanlarımız nəyə çatır, yavaş-yavaş gedirik. Bundan artığına imkan yoxdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest