Belə söz-söhbətləri eşitməmişəm. İlk dəfə siz dediniz. Heç bir mənfi təsiri yoxdu, buna inanmıram da. Yaxşı oynayanda yaxşı, pis oynayanda pis deyirlər. Bunlar futbolun tərkib hissəsidir.

"çalışdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Bacardığımız qədər dediklərini etdik. Lakin nəticə belə alındı". Matç.az saytı xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Rahil Məmmədov səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VII turundan təxirə salınmış oyundan sonra keçirdiyi brifinqdə deyib. 23 yaşlı müdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb.

- Bu gün "Qarabağ"ın qələbəsinə nə mane oldu: "Keşlə", süni örtük, yoxsa son vaxtlar uğursuz çıxışınız?

- Heç nə mane olmadı. Sadəcə, futbolda həmişə qələbə olmur. Hərdən məğlubiyyət, xal itkiləri də qaçılmazdır. Bunlardan da dərs çıxarıb irəli baxırıq.

- Bu nəticə ədalətlidi, yoxsa "Qarabağ" qalib gəlməli idi?

- Deyərdim ki, ədalətlidi. Düzdü, topa daha çox biz sahib idik, rəqibin elə də çox qol epizodu olmadı. Buna baxmayaraq, nəticə 1:1-dirsə, demək, belə də olmalı idi.

- Son 5 oyunun 4-dən məğlubiyyətlə ayrılmışdınız, bu gün isə heç-heçə oldu...

- Bunlara uğursuzluq deməzdim. Həmişə qələbə olmur ki... Hərdən məğlubiyyətlə də üzləşirsən. Bu, bəlkə də xeyrimizədir. Lazımi nəticəni çıxarmaq lazımdı. Hər bir klubda bu cür uğursuzluq, ağır ab-hava ola bilər. İrəli baxmalıyıq.

- "Neftçi" artıq 5 xal irəliddədir. Demək olarmı ki, ötən mövsümlərlə müqayisədə bu il çempionluq sizin üçün daha çətin olacaq?

- İnanmıram ki, "Qarabağ" üçün çempionluq nə vaxtsa asan başa gəlib. Hər zaman çətinlik olub. Lakin heç birimiz çətinlikdən qorxmuruq. Birinci dəfə deyil ki, belə halla rastlaşırıq.

- "Vorskla"ya Ukraynada qalib gəlməyə gücünüz çatacaq?    

- Əlbəttə, gücümüz çatar. Amma qalib gələcəyimizi əvvəlcədən demək olmaz. Poltavaya nə məğlub olmağa, nə də heç-heçə etməyə gedirik. Biz ora qələbə üçün yollanacağıq.

- "Qarabağ"da az oynadığın halda millinin heyətində yer aldığına dair söz-söhbətlər sənə necə təsir edir?

- Belə söz-söhbətləri eşitməmişəm. İlk dəfə siz dediniz. Heç bir mənfi təsiri yoxdu, buna inanmıram da. Yaxşı oynayanda yaxşı, pis oynayanda pis deyirlər. Bunlar futbolun tərkib hissəsidir.

- "Qarabağ"da Rəşad Sadıqov, Bədavi Hüseynov və Yakub Jezniçak kimi mərkəz müdafiəçiləri var. Belədə sənin üçün start heyətə düşmək çətin olmur?

- Əksinə, sevinirəm ki, belə müdafiəçilərlə eyni klubdayam. İnkişaf rəqabət olan yerdə var. Hər üçündən çox şey öyrənirəm. Onların çempionlar Liqası və Avropa Liqası təcrübələri var. Mən isə Avroliqada cəmi 3 oyunda meydana çıxmışam, o da son dəqiqələrdə. Yəni, öyrənəsi çox şeyim var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest