"Sevilya"nın hücumçusu Vissam Ben Yedder vətəni Fransaya qayıdıb. Matc.az xəbər verir ki, 29 yaşlı forvard "Monako"ya keçib.

Knyazlıq təmsilçisi Fransa millisinin üzvü ilə 5 illik müqavilə imzalandığını açıqlayıb. Transfer ispanlara 40 milyon avro qazandırıb. Bununla da "Monako" "Qalatasaray"ın maraq dairəsində olan Radamel Falkaonun önünə yaşıl işıq yandırıb.

Qeyd edək ki, Vissam Ben Yedder "Sevilya"ya 2016-cı ildə "Tuluza"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest