Fransanın "Havr" klubu heyətini türkiyəli futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, 2-ci liqa təmsilçisi Türkiyənin "Bursaspor" klubunun müdafiəçisi Umut Meraşı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Fransa klubu bu transferə görə Bursa təmsilçisinə 1,3 milyon avro ödəyib. Umut Meraş gələcəkdə hansısa kluba satılsa, "Bursaspor" həmin məbləğdən də 15 faizlik pay alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest