Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 8-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Tomsk"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Cari mövsümdə 3 qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.
 
"Ximki" 8 turdan sonra 18 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest