"Sabah" klubu hücumçusu Marko Deviçlə yollarını ayırdığını təsdiqləyib. Matc.az xəbər verir ki, əvvəlcə bunu instaqram səhifəsi vasitəsilə bəyan edən Serbiya əsilli forvarddan sonra bakılılar da ayrılığı açıqlayıb.

Paytaxt təmsilçisi Ukrayna millisinin sabiq üzvünün gedişinin səbəbini də bəyan edib. Bildirilir ki, 36 yaşlı hücumçu özü getmək qərarına gəlib: "Marko klub rəhbərliyinə müraciət edərək, ailə vəziyyəti ilə bağlı klubdan ayrılmaq, bununla bağlı Belqradda, ailəsinin yanında qalmaq istədiyini bildirib. "Sabah" burda çıxış etdiyi müddətdə istər yaşıl meydanda, istərsə də ondan kənarda nümunəvi davranışı ilə diqqət çəkən futbolçunun bu istəyinə müsbət cavab verib. Hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Marko məşqimizə gələrək, futbolçularla, məşqçi və texniki heyətlə sağollaşıb, komandaya yeni mövsümdə uğurlar arzulayıb".

Qeyd edək ki, Deviç "Sabah"ın Premyer Liqada ilk qolunun müəllifidi. O, 2018-19 mövsümündə bakılıların bombardiri olub (21 oyun, 8 qol).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest