İspaniyanın "Osasuna" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, sözügedən klub La Liqanın digər təmsilçisi "Real Sosyedad"ın müdafiəçisi Raul Navası heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu 1 illik icarəyə götürülüb. Mövsümün sonunda "Osasuna" 250 min avro ödəməklə onun transfer hüquqlarına da yiyələnəcək.
 
"Sevilya"nın yetirməsi olan Navas, sonralar "Valyadolid", "Selta" və "Eybar"da da çıxış edib. O, 2014-cü ildən "Real Sosyedad"ın uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest