Portuqaliya Liqa Kubokunda qrup mərhələsinin II turunun oyunları keçirilir. Matç.az saytının məlumatına görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq" növbəti matçını keçirib.

D qrupunda yer alan Lissabon təmsilçisi Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun komandası "Eştoril"i qəbul edib. İlk turda "Maritimo" üzərində qələbə qazanan "Sportinq" bu dəfə meydanı məğlub tərk edib. 9-cu dəqiqədə Vendel hesabı açsa da, qonaqlar ikinci hissədə 2 dəfə fərqlənərək, 2:1 hesablı qələbə qazanıb. Start heyətində meydana daxil olan Renat 67-ci dəqiqədə əvəzlənib. Qonaqların qolları isə 71 və 82-ci dəqiqəyə təsadüf edib.

Qeyd edək ki, 2 turdan sonra "Feyrense" 6 xalla qrupa başçılıq edirsə, "Sportinq"lə "Eştoril"in aktivində 3 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest