"Liverpul"un daha bir qapıçısı Adrian sıradan çıxıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp deyib.

O bildirib ki, UEFA Superkubokunun "çelsi" ilə final görüşündən sonra qələbəni qeyd edərkən, azarkeşlərdən biri sürüşərək Adriana xəsarət yetirib. Nəticədə qolkiperin topuğu şişib və onun Premyer Liqanın II turunda "Sauthempton"la qarşılaşmada iştirakı sual altına düşüb. Əsas qapıçı Alisson Bekkerin də 2 aylıq sıradan çıxdığını nəzərə alsaq, "mersisaydlılar"ın "Sauthempton" səfərində işi çətin olacaq.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan Superkubok matçında "Liverpul" "çelsi"ni penaltilər seriyası ilə üstələyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest