"Qarabağ"ın maraq dairəsində olan "Udineze"nin qapıçısı Simone Skuffet İtaliyada qalmaq qərarına gəlib. 23 yaşlı qolkiper karyerasını B seriyasında davam etdirməyə hazırlaşır. Skuffet "Spezia" ilə ilkin razılığa gəlib.

"Qarabağ"ın maraq dairəsində olan "Udineze"nin qapıçısı Simone Skuffet İtaliyada qalmaq qərarına gəlib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 23 yaşlı qolkiper karyerasını B seriyasında davam etdirməyə hazırlaşır.

Məsələ burasındadı ki, "Qarabağ" və Belçika klubu "Kortriyk"in təklifini geri çevirən Skuffet "Spezia" ilə ilkin razılığa gəlib. Həmçinin klublar da keçiddə ortaq məxrəcə gəliblər. Skuffetin yaxın günlərdə "Spezia" ilə 1 illik icarə müqaviləsi imzalaması gözlənilir.

Qeyd edək ki, Simone Skuffetin "Udineze" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest