Almaniya II Bundesliqasında III turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" bu turu səfərdə keçirib.

Komanda "Arminiya"nın qonağı olub. İlk 2 turda qələbəyə sevinən "Aue" bu dəfə 1:3 hesablı məğlubiyyətə üzülüb. Start heyətində meydana daxil olan və qarşılaşmanı əvəz edilmədən keçirən Nazarov 47-ci dəqiqədə sarı vərəqə almaqla fərqlənib.

Qeyd edək ki, hazırda aktivində 6 xal olan "Aue" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest