Almaniya III Bundesliqasında V turun oyunları keçirilir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proyssen" səfər görüşünə çıxıb.

Münster təmsilçisi "Vurzburger"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb və "Proyssen" bu mövsüm ikinci məğlubiyyətini alıb. Matçı 90 dəqiqə əvəz edilmədən keçirən Dadaşov heç nə ilə yadda qala bilməyib.

Qeyd edək ki, "Proyssen" 5 turdan sonra 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest