Xulen Lopeteqi ilə yollarını ayıran "Real" baş məşqçi axtarışlarını davam etdirir. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Antonio Konte və Mikael Laudrupdan rədd cavabı alan madridlilər yenidən "Tottenhem"in çalışdırıcısı Mauritsio Poçettinoya "elçi düşüb".

"Real"ın prezidenti Florentino Peres argentinalı mütəxəssisin uzun illər komandaya başçılıq edə biləcəyini düşünür. Bu səbəbdən ona rədd edə bilməyəcəyi təklif olunacaq. ötən il yeni 5 illik müqavilə imzalayan Poçettinonun illik məvacibi 9,5 milyon avrodu. "Real" isə bunun ikiqatından da çox – 20 milyon avroluq maaş təklifi ilə 45 yaşlı çalışdırıcının qapısını döyəcək. Lakin "Tottenhem" rəhbərliyi mövsüm bitənə qədər onun ayrılmasına razı deyil.

Qeyd edək ki, Mauritsio Poçettino 2014-cü ildən "Tottenhem"ə rəhbərlik edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest