Avropa Liqasındakı uğursuzluqdan sonra "Neftçi" iki futbolçusunu itirə bilər. Matc.az saytının Qvineya mətbuatına istinadən məlumatına görə, Mamadu Kane karyerasını Rusiyada davam etdirə bilər. 22 yaşlı yarımmüdafiəçiyə qonşu ölkənin I divizionundan təklif gəldiyi bildirilir.  Kane ilə yanaşı, "ağ-qaralar"ın kapitanı Emin Mahmudovun da Rusiya klublarından birinə keçmək ehtimalının yüksək olduğu qeyd edilib.  

Qeyd edək ki, Emin ötən mövsüm "Neftçi"nin heyətində 26, Kane isə 26 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest