çexiyanın futbol üzrə gənclər liqasında 2-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi "Slaviya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Loko Vltavin"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.
 
Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da 58-ci dəqiqədə Nəbiyev vurub. Bu, onun yeni mövsümdəki ilk qoludu.
 
"Slaviya"nın U-21 komandası hazırda 6 xalla 12 komanda arasında 1-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest