Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda paytaxtın digər təmsilçisi "Lokomotiv"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Ramil də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin forvardı sonadək oynayıb.
 
"Dinamo" 6 turdan sonra 5 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest