Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 9-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Nefteximik"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə  ilə ayrılıb – 0:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Cari mövsümdə 3 qol vuran futbolçumuz bu dəfə fərqlənə bilməyib.
 
"Ximki" 9 turdan sonra 21 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest