Honduras millisinin hücumçusu Rojer Roxas karyerasını Azərbaycanda davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə məlumatı sporthiva.com saytı yayıb.

Bildirilir ki, Kosta-Rika təmsilçisi "Alaxuelense" olan 29 yaşlı forvard "Sabah"ın formasını geyinəcək. Müqavilənin müddəti yazılmasa da, bu gün tərəflər arasında münasibətlərin rəsmiləşdiriləcəyi vurğulanıb.

Roxas "Sabah"ın mövsümlərarası fasilədə 12-ci transferi olub. Paytaxt təmsilçisi ona qədər Cavid Tağıyev, Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə, Amadu Diallo, Hendrik Eksteyn, Abbas Ağazadə, Anar Panayev, Oleq Karnaux və Ulisse Diallonu heyətinə qatmışdı.

Qeyd edək ki, Rojer Roxas karyerası ərzində ölkəsi Hondurasla yanaşı, Səudiyyə Ərəbistanı, Meksika və Kosta-Rikada çıxış edib. O, 2010-cu ildən çağırıldığı Honduras millisinin heyətində 32 oyun keçirib, 3 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest