Oyundan sonra komandasının çıxışını dəyərləndirən Xoxlov yığmamızın hücumçusu barədə verilən sualı da cavablandırıb. O, Şeydayevin get-gedə daha yaxşı çıxış edəcəyinə inanır: "Ramil meydanda tələb olunan işi yerinə yetirir".

"Futbolçularımızın heç biri 90 dəqiqə oynamağa hazır deyil. Ancaq yeni transferlərimiz özlərini yaxşı tərəfdən göstərirlər". Matc.az xəbər verir ki, bunu "Dinamo"nun baş məşqçisi Dmitri Xoxlov deyib.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Moskva təmsilçisi Rusiya Premyer Liqasının VI turunda "Lokomotiv"lə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.

Oyundan sonra komandasının çıxışını dəyərləndirən Xoxlov yığmamızın hücumçusu barədə verilən sualı da cavablandırıb. O, Şeydayevin get-gedə daha yaxşı çıxış edəcəyinə inanır: "Ramil meydanda tələb olunan işi yerinə yetirir. Düzdü, onda hələ hər şey alınmır, hücumçu qol vurmalıdı. Amma düşünürəm ki, onunla bağlı hər şey qarşıdadı".

Qeyd edək ki, Şeydayev "Lokomotiv"lə ev matçında 90 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest