"Tottenhem"in baş məşqçisi Mauritsio Poçettino İngiltərədə "transfer pəncərəsi"nin mövsüm başlamamış bağlanmasına qarşıdı. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis bununla bağlı narahatlığını dilə gətirib.

Poçettinonun tənqid atəşinə tuş gələnlər arasında "Tottenhem"in prezidenti Daniel Levi də olub: "İngiltərə Premyer Liqasında "transfer pəncərəsi"nin erkən bağlanmasına əvvəldən qarşı olmuşam. Sonradan hamı bunun xeyir verəcəyini deyirdi. Ancaq düşünürəm ki, Levi də daxil olmaqla, bütün klub rəhbərləri bunun böyük səhv olduğunu başa düşdülər. ümid edirəm ki, bu problemi gələn mövsüm həll edəcəyik. Digər Avropa ölkələrində olduğu kimi, "transfer pəncərəsi"nin əvvəlki şərtlərinə qayıtmalıyıq. Avropa Liqasında və ya çempionlar Liqasında oynayırsınızsa, bu, xüsusilə vacibdi".

Qeyd edək ki, İngiltərədə "transfer pəncərəsi" avqustun 9-da bağlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest