"Ferents Puşkaş" mükafatına namizəd qollar müəyyənləşib. Matc.az saytı xəbər verir ki, FIFA 10 futbolçunun qolunu fərqləndirib.

Bunlar Daniel Jori ("Debretsen"), Lionel Messi ("Barselona"), Zlatan İbrahimoviç ("Los-Anceles Qelaksi"), Endros Taunsend ("Kristal Pelas"), Fabio Kvalyarella ("Sampdoriya"), Xuan Kintero ("River Pleyt") və Mateus Kunyadı ("Leypsiq").

Bundan başqa üç qadın futbolçu - Adjara Nçut (Kamerun millisi), Emi Rodriges ("Yuta Royals") və Billi Simpson (Şimali İrlandiya millisi) da namizədlər arasındadı.

Siyahı tərtib olunarkən 2018-ci il 16 iyuldan 2019-cu il 19 iyuladək vurulan qollar nəzərə alınıb. "Ferents Puşkaş" mükafatı üçün səsvermə azarkeşlər arasında aparılacaq və sentyabrın 1-də başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest