"Fənərbaxça"nın futbolçusu Mikael Frey karyerasını Almaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, 25 yaşlı hücumçu "Nürnberq"ə keçib.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. İsveçrəli futbolçu Almaniya klubuna 1 illik icarəyə verilib. 2-ci Bundesliqa təmsilçisi mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna da malikdi.
 
2018-ci ilin yayında "Fənərbaxça"ya keçən Frey, ötən mövsüm Super Liqada 14 oyuna 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest