"İnşallah, bu heyətlə qarşıya qoyulan hədəfə çatarıq. Bəli, Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Çempionatda 3-cü yerlə və ya kuboku qazanaraq avrokuboka getmək istəyərdik"

"çempionatın ilk oyunu idi. çox çətin oldu". Matc.az saytının məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib. Azərbaycan Premyer Liqasının I turunun qapanış oyununda "Neftçi"nin qonağı olan paytaxt təmsilçisi "Bakcell Arena"nı 1:1 hesablı bərabərliklə tərk edib. Oyunsonrası mətbuat konfransında Əhmədov komandasının çıxışını dəyərləndirib: "Uşaqlarda həyəcan da var idi. Rəqibin "Neftçi" olması da buna təsir etdi. Hər iki komanda qələbə qazana bilərdi. Bu baxımdan 1:1-i ədalətli saymaq olar".

- Cavid İmamverdiyevin ötürmələrinin yarıdan çoxu ünvana çatmırdı. Bu, fərdi hazırlıqla bağlı idi?
- Deməzdim ki, hazırlığı yerində deyil. Bəlkə də, həyəcanla bağlıdı. Cavid topu ayağında saxlaya bilən oyunçudu.

- Qol vəziyyətinə görə üstünlük sizdə idi. Növbəti oyunlarda qol vurmaqla bağlı problemin həlli yolunu bilirsinizmi?
- Bəli, bilirəm.

- Bu heyət avrokubok üçün yetərlidimi?
- İnşallah, bu heyətlə qarşıya qoyulan hədəfə çatarıq. Bəli, Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. çempionatda 3-cü yerlə və ya kuboku qazanaraq avrokuboka getmək istəyərdik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest