Portuqaliya Liqa Kubokunun qrup mərhələsi çərivəsində "Eştoril"ə məğlubiyyət rəhbərliyin səbr kasasını daşırıb. Onlar artıq 58 yaşlı mütəxəssislə vidalaşmaqda qərarlıdı.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sportinq" baş məşqçisini dəyişə bilər. Matç.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, rəhbərlik hazırkı çalışdırıcı Joze Peseyronun fəaliyyətindən narazıdı.

Portuqaliya Liqa Kubokunun qrup mərhələsi çərivəsində "Eştoril"ə məğlubiyyət rəhbərliyin səbr kasasını daşırıb. Onlar artıq 58 yaşlı mütəxəssislə vidalaşmaqda qərarlıdı. Klub prezidenti Frederiko Varandas baş məşqçi postuna artıq iki namizəd müəyyənləşdirib. Bunlar "Monako"nun sabiq çalışdırıcısı Leonardo Yardim və son klubu "Tyançzin" olan Paulu Souzadı.

Qeyd edək ki, Joze Peseyro "Sportinq"ə bu il baş məşqçi təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest