"Komanda məğlub olsa, azarkeşlər istefaya səsləyə bilər. Amma onlar da azlıq təşkil edirdi. Səhv etmirəmsə, 30-cu dəqiqəyə yaxın, hesab 0:1 olarkən azarkeşlər istefa şüarını səsləndirirdilər. Məncə, onlar əsl "Neftçi" azarkeşləri deyildi. Hiss olunurdu ki, öyrədilmiş hərəkət idi"

"Heç də yaxşı oynamadıq. Məncə, bunlar beyindən gələn şeydi". Matc.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib. Azərbaycan Premyer Liqasının I turunda "Sabah"ı qəbul edən "flaqman" 1:1 hesabı ilə kifayətlənməli olub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: "Avropa Liqasındakı məğlubiyyətdən sonra oyunçuları motivasiya etməyə, stimullaşdırmağa çalışdıq. Ancaq bu, alınmadı. Futbolçular öz səviyyələrində oyun göstərmədilər. Oyunboyu dəyişikliklər etsək də, istəyimizə nail ola bilmədik. Sabahdan etibarən bu oyundan nəticə çıxaracağıq. Mövqelər üzrə çalışmalı və bu durumdan bir yerdə çıxmalıyıq".

- Oyun alınmadı, yoxsa komandadaxili psixoloji vəziyyət yaxşı deyil?
- Deməzdim ki, rəqib qapalı oynadı. Boş zonaları var idi ki, biz istifadə edə bilərdik. Sadəcə, istədiyimiz alınmadı. Düşünmürəm ki, komandada psixoloji problem var. "Bney Yehuda" ilə ilk oyundakı xarakteri bu gün görmədik. İlk oyun olduğundan, qələbə qazanmaq istəyirdik. Amma çempionatın əvvəlidi, toparlanmaq üçün kifayət qədər vaxtımız var.

- Azarkeşlərin istefa tələbinə münasibətiniz necədi?
- Komanda məğlub olsa, azarkeşlər istefaya səsləyə bilər. Amma onlar da azlıq təşkil edirdi. Səhv etmirəmsə, 30-cu dəqiqəyə yaxın, hesab 0:1 olarkən azarkeşlər istefa şüarını səsləndirirdilər. Məncə, onlar əsl "Neftçi" azarkeşləri deyildi. Hiss olunurdu ki, öyrədilmiş hərəkət idi.

- Builki "Neftçi" sizin görmək istədiyiniz komandadı, yoxsa çatışmazlıqlar var?
- çempionatın hələ ilk oyunudu. Xal itirdiksə, deməli, çatışmazlıqlar var və onların üzərində işləməliyik. ümumilikdə mövsümə yaxşı başladıq, Avropa Liqasında iki mərhələ adladıq. Amma III mərhələdə komandada eniş yarandı. Həmin enişin də bugünkü oyuna təsiri oldu. çalışacağıq bu enişdən qısa müddətdə qurtulaq. Nəticədən razı qalmadım.

- Mətbuat konfransına bu qədər yubanmağınızın səbəbi nə idi?
- Qapı bağlı idi, çıxa bilmirdim (gülür). Sizi gözlətdirmişəmsə, bağışlayın. Futbolçularla söhbət edirdik.

- Komandanı belə vəziyyətdən çıxarmaq üçün nə etməlisiniz?
- İlk növbədə oyunumuzu təhlil etməli, çatışmayan cəhətlərə baxmalıyıq. Bundan əlavə, komandada emosional reaksiya yox idi. Həftəboyu komanda ilə həm fiziki, həm də psixoloji cəhətdən işləmək lazımdı.

- İsraildəki oyuna qədər emosional durum çox yaxşı idi. Bu sönüklüyün yaranmasının əsas səbəbi nədi?
- Mən də futbol oynamışam, illərdi bu işlə məşğulam. Futbol oynayanda bəzən işlər istədiyin kimi getməyəndə və üzərində böyük təzyiq olanda, istədiyini etmək alınmır. Məncə, bizdə analoji problem yaranıb. Avroliqa matçında da rəqibin ilk qoluna vaxtında reaksiya göstərə bilmədik. Futbolçularda konsentrasiya çatışmazlığı var. Bunu da aradan qaldırmalıyıq.

- Bu, futbol səbəbidi. Başqa səbəb yoxdu?
- Mən və bütün futbolçular qələbə üçün çalışırıq. İnanmıram ki, kənar amillərin təsiri olsun.

 

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest