"Bunu kimin ayağına yazaq, bəy? Kimin günahına yazaq? Ötən il çempion ola bilmədik, dinmədik, kubok əldən getdi, yenə susduq, Avroliqa qrupu xəyal oldu, yenə bir söz demədik, indi də deyəcəksən ki, 7-ci yer bizim üçün uğurdu? Biz bu rəzaləti qəbul edə bilmərik, bəy"

"Neftçi" azarkeşlərinin klub rəhbərliyi və baş məşqçi Roberto Bordindən narazılığı gündən-günə artmaqda davam edir. Matc.az xəbər verir ki, "ağ-qaralar"ın Premyer Liqanın ilk turunda "Sabah"la heç-heçəyə razılaşması da bu komandanın fanatlarını qəzəbləndirib.
 
"Neftçi" fanatlarının "Facebook"dakı əsas səhifələrindən birində edilən paylaşım da azarkeşlərin klub rəhbərliyinin siyasətindən, xüsusilə baş məşqçidən necə narazı olduğunu göstərir:
 
"Bunu kimin ayağına yazaq, bəy? Kimin günahına yazaq? ötən il çempion ola bilmədik, dinmədik, kubok əldən getdi, yenə susduq, Avroliqa qrupu xəyal oldu, yenə bir söz demədik, indi də deyəcəksən ki, 7-ci yer bizim üçün uğurdu? Biz bu rəzaləti qəbul edə bilmərik, bəy.
 
Anladıq ki, "Bney Yehuda" qatı müdafiə ilə çıxış edirdi. Bəs buna nə deyəsən? Başımızı qatmışdıq Avroliqaya, elə bildik ki, ölkə çempionatında 1 ayaqla keçəcəyik komandaları. Monrozun, Darionun, Dabonun nazı ilə çox oynayırıq haaa, bunu bura yazıram. Eləcə də Bordinin. Dabo oyundan əvvəl məşqçiyə etiraz edir, Dario meydanda gəzir, Mustivar qol vursa da, tərpənə bilmir. Monrozda heç bir sirr qalmadı. Hamısı açıldı töküldü. Rauf bildiyimiz Raufdu. Dario, Monroz bərbad olandan sonra Raufa adamın söz deməyə dili gəlmir. Yaxşı ki, Səlahət Ağayev normal oynadı, yoxsa uduza bilərdik. Amma dəqiq bir şeyi bilirəm ki, Roberto Bordinin bütün kartları artıq açılıb. Ondan bizə məşqçi olmayıb, olmayacaq da. Yaz ərizəni, get, senyor Bordin".
 
Qeyd edək ki, "Neftçi" - "Sabah" matçı 1:1 hesabıyla başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest