Futbol üzrə Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva "Spartak"ı da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda paytaxtın digər təmsilçisi çSKA ilə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Ayaz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Spartak" 6 turdan sonra 11 xalla 16 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest