Futbol üzrə Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç Aç-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya və Azərbaycan yığmalarına qarşı səfərdə keçirəcəkləri oyunlar üçün açıqladığı heyətlə bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 53 yaşlı mütəxəssis dəvət göndərdiyi futbolçuların Slovakiya və Azərbaycanla matçlarda ümidləri doğruldacaqlarına ümid bəslədiyini söyləyib:
 
"Futbolçularımızın yay fasiləsində klublarını dəyişməsindən, az və ya çox oynamalarından asılı olmayaraq onlara inanıram. Onların Slovakiya və Azərbaycanla matçlarda ümidləri doğruldacaqlarını gözləyirəm. İki həftədən sonra təlim-məşq toplanışına başlayacağıq". 
 
Qeyd edək ki, Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisi ilə üz-üzə gələcək. Nikola Yurçeviçin baş məşqçisi olduğu komanda Zaqrebdə rəqibinə 1:2 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest