İspaniya La Liqa2 təmsilçisi "Estremadura" "Qarabağ"ın hücumçusu Mahir Emrelidən vaz keçmir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Manuel Moskera rəhbərlikdən iki transferin qısa müddətdə tamamlanmasını tələb edib.

Klub "transfer pəncərəsi" bağlanana qədər Azərbaycan millisinin üzvü ilə yanaşı, "Qranada"dan ayrılan yarımmüdafiəçi Alberto Martinlə anlaşmaq istəyir. Hazırda azad agent olan ikincinin keçidi artıq reallaşmaq üzrədi.

Emreli ilə bağlı danışıqlar isə hələ də davam edir. İspanlar bu məsələnin açıq qaldığını, transferin hər an reallaşa biləcəyini vurğulayıb.

Qeyd edək ki, Mahir Emreli ilə İspaniyanın digər klublarının da maraqlandığı bildirilirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest