Böyüklüyünə görə Bakı Olimpiya Stadionunda geri qalsa da, 1 nömrəli arena hesab edilən Tofiq Bəhramov adına Respublika stadionu 13 aydan sonra Premyer Liqa görüşünü qəbul edəcək.

Topaz Premyer Liqasının X turunun "Qarabağ" – "Sumqayıt" matçının yerinin dəyişdirilməsi ilkə səbəb olub. Matç.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionu mövsümdə ilk dəfə Premyer Liqa oyununu qəbul edəcək.

Belə ki, ölkə futbolunun ən zəngin tarixə malik idman qurğusu arxada qalan 9 turda "ofsayd"da qalmışdı.

Böyüklüyünə görə Bakı Olimpiya Stadionunda geri qalsa da, 1 nömrəli arena hesab edilən Tofiq Bəhramov adına Respublika stadionu 13 aydan sonra Premyer Liqa görüşünü qəbul edəcək.

Buradakı sonuncu qarşılaşma 2017/18 mövsümünün VII turunda baş tutub. Oktyabrın 1-də keçirilən oyunda "Qarabağ" "Zirə"ylə qolsuz heç-heçə edib. Rauf Cabbarovun idarə etdiyi həmin qarşılaşmadan 398 gün sonra 1 nömrəli arenada Premyer Liqa oyununun fiti çalışacaq.

Qeyd edək ki, "Qarabağ" – "Sumqayıt" matçı noyabrın 3-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest