"Latsio"nun hücumçusu Luan Kappani klubunu dəyişib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 19 yaşlı braziliyalı forvard "Milan"a keçib.

İtaliya vətəndaşlığı olan Kappani "rossonyerlər"lə artıq rəsmi müqavilə imzalayıb. Futbolçu "Milan"a keçdiyi üçün xoşbəxt olduğunu söyləyib: "Həmişə "Milan" kimi böyük klubda oynamaq arzusunda olmuşam. Mənə inanıb bu şansı verdikləri üçün kluba minnətdaram".

Qeyd edək ki, ötən il "Flamenqo"dan "Latsio"ya keçən Luan Kappani geridə qalan mövsüm paytaxt klubunun əvəzedici komandasında 19 matçda 13 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest