"Barselona" yarımmüdafiəçisi Usman Dembeleni satmağa hazırdı. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, Kataloniya təmsilçisi fransalı vingerdən razı deyil.

Rejimə əməl etməyən, intizamsız davranışları ilə diqqət çəkən gənc oyunçu bu üzdən əsas heyətə düşməkdə çətinlik çəkir. Məhz bu səbəbdən rəhbərlik artıq qış fasiləsində 21 yaşlı ulduz futbolçunu sərfəli qiymətə satmaq niyyətindədi. Onunla Premyer Liqa klubları "Liverpul", "çelsi" və "Arsenal" maraqlanır.

Qeyd edək ki, Dembele "Barselona"ya ötən ilin yayında 105 milyon avroya Dortmund "Borussiya"sından keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest