"Beşiktaş"ın yarımmüdafiəçisi Gökhan Törə karyerasını bitirə bilər. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna səbəb 26 yaşlı futbolçunun tez-tez zədələnməsidi.

Yenidən xəsarət aldığı üçün 1 ay komandadan ayrı qalacaq Türkiyə yığmasının üzvünün durumu heç də ürəkaçan deyil. Həkimlər dizindən indiyə qədər 7 dəfə zədə alan və bir dəfə əməliyyat olan Gökhanın yüksək templi futbol üçün yararsız olduğunu düşünürlər. çünki onun diz qığırdağı artıq deformasiyaya uğrayıb.

Törə bundan sonra futbol oynasa belə, tez-tez zədələnmək ehtimalı yüksəkdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest