Futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda 2019-20 mövsümünün başlama tarixi müəyyənləşib. Matc.az xəbər verir ki, Yüksək Liqaya sentyabrın 11-də start veriləcək.

Birinci Liqanın oyunları isə iki gün ərzində keçiriləcək. Bu liqada oyunlar sentyabrın 13-də və 14-də başlayacaq. İkinci Liqada I turun görüşləri sentyabrın 15-də baş tutacaq.

Bütün liqaların oyunları Bakı İdman Sarayında keçiriləcək. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest