19 yaşadək futzalçılar arasında ilk dəfə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Matç.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ilkin və əsas seçmə mərhələlərin qrupları bəlli olub.

34 iştirakçı komandadan 8-i mübarizəyə ilkin raundda qoşulacaq. Bu komandalar 2019-cu il yanvarın 21-26-da iki qrupda ən yaxşını müəyyənləşdirəcək.

Azərbaycan millisi isə yarışa əsas mərhələdən qatılacaq 26 komandadan biridi. Bu yığmalar, həmçinin ilkin raundun iki qalibi əsas seçmə mərhələdə mübarizə aparacaq. Püşk zamanı bu komandalar 7 "dördlük" təşkil edb.

Martın 26-31-də keçiriləcək raundda Azərbaycan millisi 2-ci qrupunda qüvvəsini sınayacaq. Yığmamızın rəqibləri Sloveniya, Hollandiya və ilkin mərhələnin B qrupunun qalibi olacaq. Bu qrupun matçları Sloveniyada keçiriləcək.

Qeyd edək ki, gələn il sentyabrın 8-14-də Latviyanın paytaxtı Riqada təşkil olunacaq ilk qitə çempionatına əsas mərhələnin qrup qalibləri vəsiqə qazanacaq.

İlkin mərhələ

A qrupu: Monteneqro, Yunanıstan, Litva*, Andorra

B qrupu: İsveç, Kosovo, Kipr, San-Marino

Əsas mərhələ

1-ci qrup: Qazaxıstan, Polşa, Fransa, Finlandiya*

2-ci qrup: Azərbaycan, Sloveniya*, Hollandiya, B qrupunun qalibi

3-cü qrup: Portuqaliya, Serbiya, Bosniya və Herseqovina*, Moldova

4-cü qrup: Ukrayna, Rumıniya, Belçika, Makedoniya*

5-ci qrup: İspaniya, Macarıstan, Gürcüstan*, Türkiyə

6-cı qrup: Rusiya*, çexiya, Belarus, A qrupunun qalibi

7-ci qrup: İtaliya, Xorvatiya*, Slovakiya, İngiltərə

* - meydan sahibləri.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest