Rusiya Premyer Liqasında VI turun rəmzi komandası müəyyənləşib. Matc.az saytı xəbər verir ki, InStat-ın təhlilinə əsasən seçilən "11-lik"də azərbaycanlı futbolçu da yer alıb.

Belə ki, Moskva "Spartak"ının formasını geyinən Ayaz Quliyev paytaxt derbisində MOİK-lə qarşılaşmadakı performansı ilə buna nail olub. Millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo"dan isə Maksimilian Filipp simvolik komandaya düşüb.

Qeyd edək ki, 6 turdan sonra "Zenit" 14 xalla turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest