Klub rəhbərliyinə transferlər üçün ən çox pul xərclətdirən məşqçilərin siyahısı açıqlanıb. Portuqaliyalı Joze Mourinyo bu baxımdan hamını qabaqlayır. Onun məşqçilik karyerası ərzində klublar 97 futbolçu transfer edib ki, bunlara görə 1,4 milyard funt-sterlinq xərcə düşüblər.

Klub rəhbərliyinə transferlər üçün ən çox pul xərclətdirən məşqçilərin siyahısı açıqlanıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı Joze Mourinyo bu baxımdan hamını qabaqlayır.

Onun məşqçilik karyerası ərzində klublar 97 futbolçu transfer edib ki, bunlara görə 1,4 milyard funt-sterlinq xərcə düşüblər. Mourinyo "çelsi", "İnter", "Real" və "Mançester Yunayted" rəhbərliyini ümumilikdə bu qədər xərcə salıb.

İkinci sırada Karlo Ançelotti qərarlaşır. Hazırda "Napoli"nin "sükanı arxası"nda olan italiyalı mütəxəssisin ixtiyarına 1,1 milyard funt-sterlinqlik transferlər verilib. İlk "üçlüy"ü isə "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola qapayır - 1 milyard funt-sterlinq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest