Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts "Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyonun "Bavariya"ya keçidini dəyərləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı mütəxəssis "sambaçı" barədə ümidli danışmayıb.

Foqts Braziliya millisinin üzvünün ulduz futbolçu olmadığını düşünür: "İlk baxışdan Koutinyonun icarəyə götürülməsi "Bavariya" üçün çox şey kimi görünür. Ancaq sual vermək istəyirəm: 27 yaşlı futbolçu "Barselona" kimi dünya nəhəngini niyə tərk etsin? çünki orda heç bir ümidi qalmayıb. Bəlkə də, Koutinyo ulduz futbolçu deyil və yeni mövsümdə "Barselona"da ehtiyatda qalacaqdı. Bu hal iki il əvvəl "Real"dan "Bavariya"ya keçən Hames Rodrigesdə də yaşanmışdı. ümid edirəm ki, Koutinyo "Bavariya"ya xeyir verəcək və inkişaf etməyi bacaracaq".

Qeyd edək ki, "Bavariya" Koutinyonu 1 illik icarəyə götürüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest